17 C
Baku
Monday, April 22, 2024

“Rixos” brendi Azərbaycandakı daha bir beşulduzlu oteldən adını geri çağırdı

Azərbaycanda, beşulduzlu “Quba Rixos” oteli rebrendinq edərək 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə fəaliyyət göstərəcək. Bununla da otel şəbəkəsi Azərbaycanı ümumiyyətlə tərk edib.

Bu barədə qurumun ictimayyətə açıqladığı press-relizdə bildirilir.

Məlumatda qeyd edilir ki, yeni adla çıxış edəcək “Quba Palace” eyni komanda ilə yeni brend altında fəaliyyətini davam etdirəcək.

Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, “Quba Palace”, yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.

“Rixos” oteldən adını niyə götürdü?

Otel rəhbərliyi Rixos brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, Rixos brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” oteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaqlar.

Məlumat üçün bildirək ki, “Rixos” brendi hazırda Türkiyə, Qazaxstan, BƏƏ, İsveçrə, Xorvatiya, Misir, Rusiyada fəaliyyət göstərir.

kanan agayev
Kənan Ağayev

“Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq”- deyə Kənan Ağayev  bildirib.

Qeyd edək ki, Azərbaycanda ilk qolf meydançasına malik “Quba Palace” otel kompleksi 2013-cü ildə istifadəyə verilib. Quba rayonunun Əski İqrığ kəndində yerləşən kompleks yeddimərtəbəli əsas binadan, 26 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 127 hektar ərazini əhatə edir. Ərazidə ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar da mövcuddur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər