Azərbaycanın ən iri şirkətlərindən olan “Qarant Holding” iflas dövrünü yaşayır. Artıq bir neçə vaxtdır şirkətə məxsus mülklər satışa çıxarılıb.
Xatırladaq ki, bundan əvvəl “Qarant Holding”in Rəşid Behbudov küçəsindəki ofisi cəmi 25 milyon dollara satılıb. Halbuki, bu əmlak 60 milyon dollar dəyərindədir. Goranboy rayonunun Goran qəsəbəsi ərazisindəki inşaat materialları zavodu, Bərdə və Yevlaxdakı obyektlər, eləcə də Bakının H.Əliyev prospektində tikilən “Trump” hotel də şirkətin satılan mülkləri sıyahısındadır.
Məlumatı fin.az portlı yayıb.