Kaliforniya Universitetinin riyaziyyatçısı sübut edib ki, Albert Eynşteyn-in nisbilik nəzəriyyəsinin tənlikləri bəzi qara dəliklərin daxilində şərti müşahidəçinin keçmişinin silinməsini və onun müxtəlif variantda gələcəyinin yaranmasını göstərir.
Bu isə öz növbəsində kosmoloji nəzəriyyələrin təməllərindən birini təkzib edir. Söhbət kosmik senzura nəzəriyyəsindən gedir. Bu barədə Science Daily saytı xəbər verib. Demək olar ki, yarım əsr bundan öncə britaniyalı fizik Roger Penrose kosmik senzura nəzəriyyəsini ərsəyə gətirmişdi. Bu nəzəriyyə kainata determinizmin (gələcəyin öncədən formalaşması, belə ki, keçmişi dəyişmək qeyri-mümkündür) fəlsəfi prinsipini yeridir. Penrose öz nəzəriyyəsində əmindir ki, sinqulyarlığın daxilində (yəni qara dəliyin daxilində) nöqtələr yerləşə bilər və həmin nöqtələrdə şərti müşahidəçinin keçmişi silinir və sonsuz sayda gələcək variantları yaranır.
Lakin alimin fikrincə ora daxil olmaq hətta nəzəri cəhətdən də qeyri-mümkündür. Çünki hər bir sinqulyarlıq determinləşdirilmiş adi kainatdan keçilməz hadisələr üfüqü ilə ayrılmış şəkildədir. Kaliforniya Universitetindən olan riyaziyyatçı Peter Hintz fizik Penrose-un nəzəriyyəsinə meydan oxuyub. Onun hesablamaları göstərir ki, bizim kainatımız kimi genişlənən kainatda bəzi qara dəlik növləri halında şərti müşahidəçi hadisələr üfüqünü keçərək determinləşdirilmiş dünyadan determinləşdirilməmiş dünyaya düşə bilərdi. Həmin determinləşdirilməmiş dünyada isə şərti müşahidəçinin keçmişi pozular və onun sonsuz sayda gələcək variantları yaranardı.
Keçmişin yox olduğu, gələcəyin isə saysız hesabda variantlara sahib olduğu bir məkanda həyatın necə olacağı məlum deyil. Lakin Hintz-in nəticəsi o demək deyil ki, kainatın təkamülünü gözəl şəkildə ifadə edən Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsinin tənlikləri səhvdirlər. “Mənə məlum olduğu qədərilə heç bir fizik qara dəliyin daxilinə səyahət etməyi və orda baş verən prosesləri müşahidə etməyi planlaşdırmır. Bu riyazi problemdir və mənim təqdim etdiyim həll üsulu Eynşteyn-in tənliklərini riyazi cəhətdən daha maraqlı edir. Bu, sözün əsl mənasında riyazi cəhətdən tədqiqat olunması mümkün olan bir sualdır. Lakin onun cavabı fizikidir, nəticəsi isə fəlsəfidir. Bu isə öz növbəsində hadisələr üfüqünin o tərəfində keçmişin silinməsi tapmacasının həll olunması yolunda işlərin görülməsini inanılmaz dərəcədə maraqlı edir” – deyə Hintz bildirib.
©Technote.az