27 C
Baku
Saturday, July 27, 2024

Riyaziyyatçılar Bitcoin-in gələcəyi ilə bağlı proqnoz verdi

Banker.az saytı xəbər verir ki, britaniyalı, alman və ispan riyaziyyatçılar Bitcoin və digər kiriptovalyutaların gələcəyi ilə bağlı proqnoz verib.

Araşdırma müəlliflərinin qiymətləndirməsinə əsasən, 2025-ci ilə qədər Bitcoin valyutasının kriptovalyutaların ümumi bazar kapitalizasiyasındakı payı 50%-ə qədər enəcək, digər ödəniş sistemlərinin payı isə artacaq.

Mütəxəssislər dünya kriptovalyuta bazarının təkamülünü öyrənmək üçün neytral molekulyar təkamül nəzəriyyəsindən istifadə edib.

Təhlil edilmiş məlumatlara 2013-cü ildən bəri mövcud olan təqribən 1,5 min kriptovalyutanın inkişaf dinamikası aiddir. Hazırda fəal şəkildə istifadə olunan təqribən 600 kriptovalyutanın bazar kapitalizasiyası eksponensial olaraq artır.

2017-ci ilin may ayına olan göstəricilərə əsasən, bütün kriptovalyutaların bazar kapitalizasiyası rekord səviyyə olan 91 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğin təqribən 70%-i Bitcoin valyutasının, təqribən 20% isə digər məşhur kriptovalyutaların (Ethereum, Ripple, Litecoin, Dash və Monero) payına düşür.

Son xəbərlər
Digər xəbərlər