9 C
Baku
Thursday, December 12, 2024

RMB bankların konsolidasiyası ilə bağlı fond yaradır

Rusiya Prezidenti Vladimir Putin bu gün, mayın 2-də bankların yeni sanasiya sxemi barədə qanunu imzalayıb. “Vesti” saytı xəbər verir ki, qanuna müvafiq olaraq Rusiya Bankı (Mərkəzi Bank) Bank sektorunun konsolidasiyası Fondu yaradacaq və Fondun tərkibində idarəedici şirkət təsis edəcək.

Yeni qanunla bağlı əsasnamə iyunun 16-dan qüvvəyə minəcək. Əmanətlərin Sığortalanması Agentliyinin Direktorlar Şurasında Rusiya Bankının və hökumət nümayəndələrinin təmsil nisbəti 31 iyulda qüvvəyə minəcək. Qanunun qalan bütün normaları bu gündən qüvvəyə minib.

Yeni qanuna görə, kredit təşkilatının iflası barədə xəbərdarlıq zamanı Rusiya Bankı Bank sektorunun konsolidasiyası Fondu vasitəsilə həmin banka investisiya qoya biləcək. Rusiya Bankı həmçinin sanasiyada bankların səhmlərini alaraq səhmdar ola biləcək, bu banklara subordinasiya kreditləri verə bilməklə yanaşı, onlarda olan səhmləri sata biləcək. Satılacaq səhmlərin satış qiyməti alış qiymətindən aşağı ola bilər. Həmçinin, mərkəzi bankı sanasiyada banklara kredit verə, depozit yerləşdirə, bank zəmanəti verə, bankın əmlakını alıb-sata bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər