9 C
Baku
Tuesday, November 5, 2024

Roadster avtomobili orbitə daxil olub

Məlumat verdiyimiz kimi, Tesla və SpaceX-in milyarder baş icraçı direktoru 63 ton yük ilə Falcon Heavy raketini uğurla orbitə qaldıra bilib.

Belə ki, 27 raket mühəndisi Falcon Heavy-ni hərəkətə gətirmək üçün 1,1 milyon nyutonluq təkan gücünü yaradıblar və bu, Falcon Heavy-ni fəzaya uçan ən güclü raketə çevirib.

Onun bununla birgə orbitə bir Tesla avtomibili göndərməsi hələ dünyanın gündəmini zəbt edir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Teslanın Roadster maşını orbitə daxil olub.

Falcon Heavy-nin iki yan təkanverici raketi Yer kürəsindən fəzaya göndərildiyi yerə geri qayıdıb, mərkəzi təkanverici raket isə hədəfə deyil, Atlantik Okeana düşüb.

Kosmosda maşının sürücü oturacağında skafandr geyinmiş maneken oturub. O, Yer Kürəsindən Mars uzaqlığında sonsuz günəş orbitinə doğru gedir.

Son xəbərlər
Digər xəbərlər