25 C
Baku
Friday, July 19, 2024

Rob Bauer: “NATO-Rusiya təsis aktı bizi dayandıra bilməz”

Ukraynada müharibənin başlamasından sonra NATO-da əsas dəyişikliklərdən biri konseptual səviyyədə olub və artıq alyans ölkələri 1997-ci ildə Parisdə imzalanmış NATO-Rusiya təsis aktının onları məhdudlaşdırmadığını düşünürlər.

Bu fikirlər “Financial Times”da yayımlanan məqalədə NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerə istinadən yer alıb.

Məqalədə qeyd olunub ki, NATO və Rusiya Federasiyası arasında ortaq əlaqələr, əməkdaşlıq və təhlükəsizliyə dair imzalanmış sənəd artıq de-fakto mahiyyətini itirib.

“NATO-Rusiya təsis aktı hələ də mövcuddur. Lakin onun məzmunundakı heç nə bizim etməli olduqlarımızın qarşısını ala bilməz”, – Bauer deyib.

Bauer hazırda bir çox üzv ölkələrin ayrı-ayrılıqda sözügedən aktın artıq qüvvədə olmadığını düşündüyünü bildirib: “İndi siyasi səviyyədə ümumi yanaşma belədir ki, biz bunu (razılaşmanı) tamamilə öldürə bilmərik, amma ondakı heç nə bizi etməli olduğumuzu etməkdən dayandıra bilməz”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər