Robert Fletçer – amerikanın ən qalmaqallı milyonçusu və “Necə milyonçu olmaq olar” treninq kursunun yaradıcılarından biri kimi məşhurdur. Onun məqsədi hər bir insanı öz gücünə inandırmağa çalışmaqdır. Çünki demək olar ki, hər bir kəs bu imkana sahibdir.
Vacib olan özünə inanmaq və sadə qaydalara əməl etməkdir.
Bu qaydaların necə effektiv olduğunu anlamaq üçün Fletçerin bioqrafiyasına nəzər yetirmək kifayətdir. O Alyaskada kasıb ailədə doğulsa da daim varlanmağı arzulayıb. 16 yaşı olduqda Vaşinqtona köçür və McDonaldsda işləməyə başlayır. Lakin eyni zamanda daim təhsil alır və müxtəlif treninqlərdə iştirak edirdi. Onun 18 yaşı olduqda isə dayısı ilə birgə radiostansiya alır. 20 yaşında isə onun fərdi şirkəti var idi. 2 il keçdikdən sonra isə o artıq milyonçu idi. Hazırda müxtəlif hesablamalara görə onun sərvəti 30-50 milyon dollar arasında dəyişir.
Düzdür, o sonradan maliyyə piramidasını təşkil etməkdə günahlandırılır. Lakin bu artıq onun varlanmasından sonra idi.
Fletçer varlanmaq istəyən insanlara nə məsləhət görür:
- Pullarınızı boşa sərf etməyin.
- Daim qənaət məqsədilə pul ayırın.
- Daşınmaz əmlaka yatırım edin.
- Kənar risklərdən qorunun.
- Təcrübəli insanlardan dərs alın.
- Əyləncəni ən son ana saxlayın.
- Daim yeni bir biliklər əldə etməyə çalışın.