4 C
Baku
Monday, January 13, 2025

Robert Kiyosaki 2024-cü ildə qızıl və gümüşə investisiya etməyi tövsiyə edib

Məşhur “Varlı ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosaki hesab edir ki, 2024-cü ildə ən dəyərli investisiyalardan biri qızıl və gümüş olacaq. O, bu barədə “Rich Dad Radio” podkastının son buraxılışında bildirib.

Kiyosakinin fikrincə, qlobal iqtisadiyyatdakı qeyri-sabit vəziyyət qızıl və gümüşü həmişə yanınızda olacaq etibarlı əmanətə çevirir.

“Qiymətli metallar – alıcıya ehtiyac duymayan sabit sərvətdir. Tarix bu aktivin etibarlılığını hər an göstərib”, – deyə podkastın qonağı Endi Şektman söyləyib.

Kiyosaki əvvəllər dəfələrlə gümüşü “ən böyük sövdələşmə” adlandırıb və investorları onu almaq fürsətindən istifadə etməyə çağırıb. Mütəxəssislər həmçinin artan sənaye tələbi sayəsində gümüş üçün 2024-cü ilin güclü olacağını proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər