12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Robert Kiyosaki: müvəffəqiyyətə dair məsləhətlər

Robert Kiyosaki bütün dünyada tanınmış sahibkar kimi deyil, həm də biznes və psixologiya üzrə çoxsaylı kitabların müəllifi kimi tanınır. Öz kitablarında, o, uğur  qazanmaq üçün başlıca hansı addımların atılması lazım olduğunu təsvir edir; məqsədlərə müvəffəqiyyətlə çatmaq istəyənlər üçün sahibkarlıq düşüncəni inkişaf etdirməyin yolunu və digər bir sıra faydalı məlumatları təqdim edir. 

Çox vaxt insanların bu cür kitabları oxumaq üçün vaxtı yoxdur. Bu, problem deyil. Biz sizin üçün Robert Kiyosaki-dən ən yaxşı və aktual məsləhətləri toplayaraq bir araya gətirdik.

  1. Liderlik qabiliyyəti, müvəffəqiyyətin əsasını təşkil edir.  İdarə etmək və insanları irəli aparmaq bacarığı olmadan, müvəffəqiyyətə nail olmaq çətindir. Bu bacarıqları özünüzdə inkişaf etdirmək, o qədərdə çətin deyil. Robert Kiyosaki, əsgərlikdə olarkən onlara yiyələnmişdir. 
  2. Uğurlu sahibkarlığa aparan yolda bütün mərhələrindən keçməlisiniz. Məsələn, sərmayyə ilə məşğul olmazdan əvvəl bu işi öyrənməyiniz vacibdir. İlk baxışdan sizə elə gələ birlər ki, hər şey çox asandı. Həqiqətdə isə hər bir işdə çətinliklər var. Müvəffəqiyyətli olmaq istəyirsinizsə, onları əvvəldən öyrənməlisiniz. 
  3. Yaşadığımız dünyanı informasiya texnologiyaları idarə edirlər. Bu sahənin öyrənilməsinə kifayət qədər vaxt ayırın və ya İT mütəxəssisləri ilə ünsiyyət qurun. Hazırkı vəziyyəti analiz etmək və yaxın gələcəyi proqnoz etmək bacarığı, gələcəkdə sizə bundan qazanc əldə etməyinizə kömək edəcəkdir. 
  4. Ən dəyəri varlığımız, bizim şüurumuzdur. Belə ki, onun imkanları sərhədsizdir. Hər zaman öyrənməyə və təkminləşməyə davam edin, heç vaxt fasilə etməyin. Bir gün əldə etdiyiniz hər bir şeyi itirsəniz belə, şüurunuz sizə reabilitasiya olmağa kömək edəcəkdir. 
  5. Həyatınızda xeyriyyə üçün yer ayırın. Digər insanların ehtiyaclarına gəlirinizin 10%-ni bağışlayın. İnsanların bir çoxu (Robert Kiyosaki-nin atası da daxil olmaqla), xeyriyyə haqqında yalnız “artıq qalan pul” olduğu zaman düşünürlər. Lakin, hər bir kəsə məlumdur ki, pul heç vaxt artıq olmur. Digər insanlara kömək edən insan, özünü daha xoşbəxt hiss edir. Xoşbəxt insanın isə biznesdə müvəffəqiyyət qazanmaq şansları daha çoxdur. 
  6. İnsanlarla ünsiyyət qurma bacarığın təkminləşdirilməsinə vaxt ayırın. Düzgün kommunikasiya etsəniz, istənilən ünsiyyətdə məqsədlərinizə çata biləcəksiniz. Bu, dostlarla söhbətlər və ya əməkdaşlarla rəsmi danışıqlar ola bilər. Çalışın bu bacarığı özünüzdə daim inkişaf elətdirin. 
  7. Müvəffəqiyyətli olmaq üçün, sizə gələcəkdə pul qazanmağa maneə olan şeylərə pul xərcləməyin. Yalnız aktivlərə sərmayə edin. 
  8. Təəssüflər olsun ki, maliyyə müstəqilliyini qazanmış hər bir insan, lüks həyata meyl edir. İnsan nə qədər çox varlanırsa, bir o qədər də lüks həyata meyl edir: yeni ev, avtomobil, yaxta və s. almağı düşünür. Bu, pis deyil. Çalışın birinci növbədə sabit gəlir əldə edin və atdığınız hər bir addımınızdan əmin olun. 
  9. Həyatınızın sizə verdiyi hər bir şeyi, dərs kimi qəbul edin və ondan maksimum dərəcədə fayda götürün. Baş vermiş pis bir hadisədən belə faydalana bilərsiniz. Bu, sizin həm şəxsiyyət kimi, həm də sahibkar kimi inkişaf etməyinizə kömək edəcək. 
  10. Öz missiyanızı tapın. Yalnız sevdiyiniz və zövq aldığınız bir işdə müvəffəqiyyətli olacaqsınız. 
  11. Əsas məqsədinizi heç vaxt unutmayın. Onu kağız üzərində yazsanız və vaxtaşırı oxusanız, daha yaxşı olar. 
  12. Vaxt – dəyərli bir resursdur. Təəssüflər olsun ki, biz onu yalnız xərcləyə bilərik. Vaxtı almaq və ya toplamaq mümkün deyil. Buna görə də çalışın vaxtınızdan səmərəli istifadə edəsiniz. Hər bir dəqiqəni fayda ilə xərcləyin.
  13. Qarşı cinslərlə mənasız münasibətlər qurmayın. Müvəffəqiyyətli insanların bir çoxu, həyatlarında yalnız bir dəfə münasibət qurublar. Heç bir məna kəsb etməyən münasibətlər, yalnız vaxtınızı alacaqlar. 
  14. Əgər hər hansısa layihəni realizə etmək istəyirsinizsə, bunun yolunu tapın. Əgər maliyyə vəsaitiniz çatışmırsa, digər sərmayəçiləri cəlb edin. Vaxtınız çatışmırsa, lazımsız işlərdən imtina edin. Öz məqsədinizdən imtina etməyin. Bu, bağışlanmazdır. 

15. Kiçik bir şeylərdən başlayın. Kiçik addımlar ataraq, nəticədə öz məqsədinizə çatacaqsınız. “Step by step” taktikasından istifadə edin.

Son xəbərlər
Oxşar xəbərlər