27 C
Baku
Saturday, July 27, 2024

Robert Koçaryana qarşı cinayət işinə xitam verilib

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.

Məhkəmə Robert Koçaryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.

Bundan əlavə, məhkəmənin qərarı ilə girov pulu Koçaryana qaytarılıb.

Xatırladaq ki, Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.

Son xəbərlər
Digər xəbərlər