Robin Şarmadan – Uğur üçün məsləhət

0

Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri «USA Today», «National Post» və «The Globe and mail» kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının «Sən öləndə kim ağlayacaq?», «Superhəyat! 30 günlük həqiqi həyata səyahət», «Titulsuz lider» və «Ferrarisini satmış rahib» kimi dünyaca məşhur kitabları var.

  • Az yatın . Bu sizin həyatınızı daha dolğun və məhsuldar edər. Altı saatlıq yuxu insanların sağlamlığı və gümrahlığı üçün kifayətdir. 21gün ərzində yuxudan 1saat tez durmağı bacarsanız, bu, az sonra sizdə vərdişə çevriləcək. Yadınızda saxlayın; yuxunun kəmiyyəti yox, keyfiyyəti daha vacibdir. Təsəvvür edin ki, həqiqətən mühüm olan işlərə sərf etmək üçün 30 saat əlavə vaxtınız yaranacaq.
  • Səhərlər özünüzü təkminləşdirməyə 1saat ayırın. Meditasiya ilə məşğul olun, öz gününüzü təsəvvür edin. Ruhlandırıcı mətnlər, dəyərli kitablar oxuyun, yaşamağa sövq edən səs yazılarına qulaq asın. Sizi sizi gözləyən gərgin gün qarşısında ruhunuzu güc və müsbət enerji ilə təmin etmək üçün bu sakit vaxtdan istifadə edinş həftədə bir dəfə günəşin çıxmasını seyr edin və ya təbiətin qoynuna çıxın.günün yaxşı başlaması özünü yeniləmə üçün ən səmərəli üsuldur.
  • Xırda məsələlərin sizi böyük problemlərdən yayındırmasına imkan verməyin. Özünüzdən soruşun; “Mən öz vaxtımı vəenerjimi ən yaxşı şəkildə istifadə edirəm mi?” Vaxtı idarə etmək həyatı idarə etmək deməkdir, ona görə də öz vaxtınızın qayğısına qalın.
  • Ağlınızı həyatınızın ən müsbət məqamlarına yönəltmək üçün “rezin qaytan” metodundan istifadə edin. Biliyinizə rezin lent taxın. Hər dəfə ağlınıza mənfi fikirlər gələndə rezin qaytanı dartıb buraxın. Sizin beyniniz ağrını pis fikirlərlə əlaqələndirməyə başlayacaq və tez bir zamanda sizdə güclü müsbət təfəkkür tərzi formalaşacaq.
  • Gün ərzində bir çox əla ideyalar və tələb gəlir. Bu ideyaları yazmaq üçün öz portmanenizə kiçik kağızlar dəsti və qələm qoyun. Evə gələndə bu kağızları gözə görünən yerlərə qoyun və vaxtaşırı onlara baxın . Oliver Uendell Holmsun dediyi kimi – “Yeni bir ideya qədər artmış insan ağlı, heç zaman əvvəlki vəziyyətə qayıtmır”
  • Bazar axşamlarını özünüz üçün ayırın və bu vərdişə ciddi riayət edin. Bu vaxtdan yeni həftəni planlaşdırmaq, qarşıdan gələn görüşləri, bu görüşlərdən nail olmaq istədiklərinizi təsəvvürünüzdə canlandırmaq, yeni kitab və materiallar oxumaq, sakit musiqi dinləmək, sadəcə dincəlmək üçün istifadə edin. Bu vərdiş bütün növbəti həftə boyu diqqətli, şövqlü (motivasiyalı) və səmərəli olmağınız üçün lövbər rolunu oynayacaqdır
  • Əsas prinsipi həmişə yadınızda saxlayın: həyatınızın keyfiyyətini ətrafınızdakı insanlarla, ilk növbədə isə öz-özünüzlə ünsiyyətinizin keyfiyyəti müəyyən edir. Diqqətinizi nədə cəmləyirsinizsə, onu da əldə edirsiniz. Müsbət şeylər axtarırsınızsa, müsbət şeylər tapacaqsınız. Bu təbiətin əsas qanunudur..
  • Fikrinizi nəticə deyil, məqsəd üzərində cəmləyin. Başqa sözlə desək, işi xoşunuz gəldiyi, kimə isə gərək olduğu və ya dəyərli bir məşğuliyyət olduğu üçün edin. Bunu pul və ya tanınma xatirinəetməyin. Onlar öz özünə gələcək.
  • Hər səhər güzgü qarşısında 5dəqiqə gülün. Stiv Martin belə edir.gülüş bizim oqanizmizidə olan bir çox xeyorli elementləri fəallaşdırır. Gülüş, həmçinin, taraz hala qaytarır. Gülüş terapiyası bir çox xəstəliklərin müalicəsində müntəzəm istifadə edilir və məişət problemlərinə qarşı səmərəli bir dərmandır. 4yaşlı uşaq gündə orta hesabla 500 dəfə gülür. Böyük adam isə 15 dəfə . Gülmək vərdişini bərpa edin. Həyatınız canlı olsun.
  • Diqqəti cəmləmək bacarığınızı artırmaq üçün, yeriyərkən addımlarınızı sayın. Bu, çox səmərələi üsuldur. 6 addım müddətində nəfəs alın, sonrakı 6 addım müddətində isə buraxın. Əgər 6 addım sizin üçün çoxdursa, uyğun olan sayı seçin. Bu məşğələdən sonra özünüzü gümrah, daxilən sakit və toparlanmış hiss edəcəksiniz. Insanlar beyinlərinin hər cür cəfəngiyatla dolmasına tez-tez icazə verirlər. Bacarıqlarının son həddində çalışan adamlar isə daim vacib məsələlər üzərində cəmlənən sakit ağlın gücünə xüsusi dəyər verirlər.

Ardı var…



Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Aliyə Nuruyeva