21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Robinhood” əlavə 2.4 milyard dollar investisiya cəlb edib

Screen Shot 2021 09 02 at 14.34.20

“Robinhood” 29 yanvar tarixində cəlb etdiyi 1 milyard dollardan əlavə mövcud səhmdarlardan 2.4 milyard dollar toplayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Sonuncu maliyyə raunduna “Reddit Capital”, “Iconiq Capital”, “Andreessen Horowitz”, “Sequoia Capital”, “Index Ventures” və “NEA” rəhbərlik edib.

“Bu maliyyələşdirmə raundu platformamıza inkişaf etməyə kömək edəcək”, – deyə şirkətin maliyyə direktoru Ceyson Varnik söyləyib.

Xatırladaq ki, “Robinhood” “Reddit” platformasındakı investorların “zarafatı”ndan sonra iki investisiya raundunu elan edib. Sonuncular “yox olmaqda olan” “GameStop”un səhmlərini almağa və bununla da qiyməti qaldırmağa başlayıblar. Bundan sonra digər populyar olmayan şirkətləri – “Nokia”, “BlackBerry”, “AMC” və digərlərinin səhmləri bahalaşıb.

Bu, “Robinhood”un 2021-ci ilin may ayında birjaya çıxması məsələsini çətinləşdirə bilər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər