23 C
Baku
Friday, April 19, 2024

“Robinhood” $31.8 mlrd. kapitallaşma ilə $2.1 mlrd. cəlb edib

“Robinhood” 31.8 milyard kapitallaşma ilə IPO zamanı 2.1 milyard dollar cəlb edib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib. Bildirildiyi kimi, şirkətin həmtəsisçiləri Vlad Tenyev və Baiju Bhatt hər biri təxminən 50 milyon dollarlıq səhm satıb.

IPO ərəfəsində “Robinhood “bir il əvvəl – 2021 -ci ilin ikinci rübündə 574 milyon dollar gəlir əldə etdiyini açıqlayıb. Şirkət xalis zərərini 487 milyon dollardan 537 milyon dollara qədər qiymətləndirir.

1 iyulda “Robinhood” IPO üçün müraciət edib və NASDAQ birjasında “HOOD” simvolu altında səhmlərinin 20-35%-ni yerləşdirib. Bundan sonra şirkətin rüblük gəliri 309% artaraq 522 milyon dollara çatıb.

19 iyulda “Robinhood” yeni müraciət göndərib və investorlara 55 milyon səhm təklif etmək, təxminən 2.3 milyard dollar qazanmaq niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər