26 C
Baku
Saturday, July 27, 2024

“Robinhood” fintex xidməti $200 mln. cəlb edərək, bir ayda dəyərini $8,6 mlrd. artırıb

“Robinhood” şirkəti birjada baş verən texniki nasazlıqdan sonra 200 milyon dollar investisiya cəlb edib. Bildirildiyi kimi, cəmi bir ayda şirkət dəyərini 2,6 milyard dollardan 11,2 milyard dollara qədər artırıb.

Banker.az xəbər verir ki, verilən məlumata görə, “Robinhood” topladığı vəsaiti “məhsullarının və müştəri xidmətinin yaxşılaşdırılmasına” xərcləyəcək.

2020-ci ilin ikinci rübündə startap 180 milyon dollar gəlir əldə edib. Xidmətin zərər edib-etməməsi haqqında heç bir məlumat yoxdur.
Xatırladaq ki, “Robinhood” tətbiqi komissiyasız birja ticarəti üçün yaradılıb və səhm almaq istəyən müştərilərinin sifarişlərini maliyyə vasitəçilərinə (məsələn, “Citadel Securities”) sataraq pul qazanır.

Bundan əlavə, xidmət “Robinhood Gold” abunəsi üçün pul alır, hansıki investorlara daha böyük balansla ticarət etməyə və səhmləri kreditlədirməyə imkan verir.

“Crunchbase”in verdiyi məlumata görə, yaradıldığı 2013-cü ildən bəri “Robinhood” təqribən 1,7 milyard dollar investisiya cəlb edib.

Şirkət 2020-ci ildə birjaya çıxmaq planları haqqında şayiələr fonunda sərmayə cəlb edib. Bununla yanaşı, ilin əvvəlindən “Robinhood” bir sıra uğursuzluqlara düçar olub: mart ayında şirkətin veb saytı fond bazarının çökməsi ilə sıradan çıxmışdır, iyun ayında isə tətbiqdə yaranan nasazlıqlar səbəbindən “intihar” etmişdir. Bundan sonra xidmət interfeysi dəyişdirəcəyini və ora təlim kursunu əlavə edəcəyini vəd edib.

Fintex xidməti son aylarda “Resurslar” təhsil səhifəsini istifadə edənlərin sayının 250% artdığını qeyd edir.

Son xəbərlər
Digər xəbərlər