“Robinhood” fintex-startapı pərakəndə investorlar üçün kriptovalyuta cüzdanlarını işə salır.
Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, cüzdanların sınağı noyabr ayında başlayacaq və 2022-ci ilin əvvəlində bütün istifadəçilər üçün əlçatan olacaq.
“Robinhood” platformasının istifadəçiləri indi də bitkoin daxil olmaqla kriptovalyuta alqı-satqısını həyata keçirə bilərlər, lakin cüzdanların işə salınması seçim çeşidini xeyli genişləndirəcək. Məsələn, bəzi istifadəçilər xidmətin tətbiqdə kriptovalyuta almağa, digər istifadəçilərlə mübadilə aparmağa imkan vermədiyindən şikayət edib.
Bu qərar kriptovalyutalarla keçirilən əməliyyatların “Robinhood”un gəlirlərinin böyük hissəsini təşkil etməyə başladığını əks etdirir: ikinci rübdə bu cür əməliyyatların payı 50%-dən çox təşkil edib. Xatırladaq ki, 2020-ci ilin eyni dövründə bu göstərici 3% olub.