10 C
Baku
Thursday, December 12, 2024

“Robinhood” ticarət platforması IPO üçün müraciət edib

Onlayn-broker “Robinhood” IPO üçün müraciət edib. Bildirilir ki, şirkət səhmlərinin 20-25%-ni “HOOD” simvolu altında NASTAQ birjasında yerləşdirməyi planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

2020-ci ildə “Robinhood”un gəliri 959 milyon dollar, mənfəəti – 7.45 milyon dollar, 2019-cu ildə isə gəliri – 278 milyon dollar, xərci – 107 milyon dollar təşkil edib.

2021-ci ilin birinci rübündə onlayn-brokerin xərci 1.4 milyard dollara çatıb. Bu, “GameStop” səhmlərinin bahalaşması ilə əlaqəli olub. İlin birinci rübündə gəlir 522 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 309% çox olub. “Robinhood”un idarə etdiyi aktivlərin sayı bir il ərzində 19.2 milyard dollardan 80 milyard dollara qədər artıb.

Müraciətdə şirkətin 100 milyon dollar qazanmaq istədiyi bildirilir. “Goldman Sachs”, Citigroup” və “JPMorgan” investisiya bankları razılaşmanın aparıcı anderrayterləridir.

“Robinhood” şirkətinin əsası 2013-cü ildə qoyulub, 2021-ci ildə orada 2100 işçi çalışıb. Şirkət səhmlər, kriptovalyutalar və opsionlarla ticarət etməyə imkan verir. İstifadəçilər bu əməliyyatları pulsuz şəkildə həyata keçirə bilərlər.

Gəlirinin bir hissəsini “Robinhood” əlavə xidmətlərdən qazanır.

Son xəbərlər
Digər xəbərlər