14 C
Baku
Saturday, November 16, 2024

Robot bank və mağaza müştərilərinə xidmət göstərəcək

Reuters agentliyinin verdiyi məlumata görə, Yaponiyanın SoftBank Corp şirkətinə məxsus Pepper adlı robot öz vətəni olan Yaponiya ilə yanaşı Tayvanda da peyda olacaq. Sözügedən bu robot banklarda və Carrefour mağazalar şəbəkəsində işləyəcək. Lakin adi vətəndaşlar üçün bu robot hələ ki, əlçatan olmayacaq.

2017-ci ilin ilk yarısından başlayaraq SoftBank Corp öz robotlarını bir ay üçün 836 dollara icarəyə verməyə başlayacaq. Ümumilikdə bankın 60 belə robotu var.

Pepper adlı robotu ilk olaraq icarəyə First Financial Holding və Taishin Financial Holding maliyyə şirkətləri, Cathay Financial Holding şirkətinin sığorta bölməsi və Asia Pacific Telecom telekommunikasiya şirkətinin Tayvan ofisi götürəcək.

Mağazalara gəldikdə isə hələ ki, Carrefour şəbəkəsinin iki mağazası bu robotlardan istifadə edəcək. Şirkətdən verilən məlumata görə, daha çox sayda robot sifariş verməzdən əvvəl ilkin mərhələdə müştərilərin, xüsusilə də uşaqların robota olan reaksiyaları müşahidə ediləcək.

Son xəbərlər
Digər xəbərlər