23 C
Baku
Saturday, April 27, 2024

Rocer Bekonun bioqrafiyası: “heyrətamiz alim”

Rocer Bekon (1214-cü il., İlçester – 1292-ci il, Oksford) – təbiətşünas, filosof və fransiskan rahibi olub. 

Həyat yolu

Bekonun imkanlı ailəsi olub. O, kitablara, elmi tədqiqatlar üçün vəsaitlərə 2000 funt pul sərf edə bilirdi. Lakin Bekonun ailəsi qəsbkar Simon de Monforaya qarşı üsyan qaldıran III Henrini dəstəkləyəndən sonra onlar müflisləşirlər və hətta sürgün olunurlar.

Bekon Paris və Oksford universitetlərində təhsil alıb. 1241-ci ildə o incəsənət üzrə master dərəcəsini alır. Daha sonra isə Paris universitetində dərs deməyə başlayır. Burada o, tələbələrinə Aristotelin nəzəriyyələrini oxuyurdu. Parisdə Bekon sxolastlar ilə olan mübahisəsi sayəsində məşhurlaşır. Bundan savayı, o, fəlsəfə elmlər namizədi olur və «doctor mirabilis» (heyrətamiz elmlər namizədi) titulunu qazanır.

1250-ci ildə alim Oksford universitetində dərs deməyə başlayır. Bu dönəmdə o, fransiskan ordeninə daxil olur. Bekon qısa bir zamanda məşhurlaşdı. Həmçinin o, kilsə doqmalarına riayət etməməkdə və magiyayla məşğul olmaqda şübhəli bilinirdi. Buna görə 1257-ci ildə onun universitetlərdə nəzəriyyə oxumasına qadağa qoyulur və ondan şəhəri tərk etməsi xahiş edilir.

1265-ci ildə o, papa IV Kliment sayəsində üç traktat dərc edir: «Böyük əmək» (Opus maius), «Kiçik əmək» ( Opus minus) , «Üçüncü əmək» (Opus tertium). 1268-ci ildə alim Oksforda qayıdır və burada elm ilə məşğul olmağa davam edir. 1260-cı illərin sonlarında Communia naturalium və Communia mathematica traktatlarının üzərində olan işlərini bitirir. Bu traktatlarda fizika və riyaziyyat elmləri barəsində ümumi şəkildə bəhs edilib.

1278-ci ildə kilsə Bekonu kafir elan edir və alim ev həbsinə alınır. Digər mənbələrdə isə, onun həbsxanaya salındığı deyilir. 1292-ci ildə isə Bekon azadlığa qovuşur. Həmən ildə də o, vəfat edir.

Elmi və fəlsəfi nailiyyətlər

Rocer Bekonun yazdığı elmi işləri iki yerə bölmək olar: əl ilə yazılanlar və çap olunanlar. Onların əksəriyyəti fəlsəfəyə aiddirlər.

Bekon riyaziyyat elmini ən etibarlı elm hesab edirdi. Çünki onun köməyi ilə digər elmlərin sahib olduğu məlumatları yoxlamaq olar. Həmçinin Bekon riyaziyyatın ən asan elm olduğunu iddia edirdi.

O, təcrübəni 3 növə ayırmışdı:

1 . həyat təcrübəsi (həyat boyu əldə edilir);

2 . sübut- təcrübə (xarici duyğular vasitəsi ilə əldə edilir);

3 . mənəvi təcrübə (mistik vəziyyətin və yaxud daxili aləmin sayəsində əldə edilir).

Bundan savayı, Bekon astrologiya, kimya və optika ilə də məşğul olurdu. Kimyanı o , nəzəri (metalların tərkibinin və mənşəyini araşdırmaq) və praktik (metalların hasilatı və emalı) hisslərə bölürdü. Alim gələcəkdə bu elmin tibbə böyük töhfələr verəcəyini düşünürdü.

bekon 3

Əsas işləri:

  • «Spculum Alchimoae»;
  • «Perspectiva»;
  • «Specula Mathematica»;
  • «Opera hactenus mеdita»;
  • «Opus Tertium»;
  • «Opus Majus»;
  • «Opus Minus»;
  • «Compendium Studii Philosophiae».

Maraqlı faktlar

Bekonun şərəfinə Ayın kraterlərindən birinə onun adı verilib.

«Communia Mathematica» işində Rocer Bekon bir sıra ixtiraların ediləcəyini təxmin etmişdi:

1 . yüksəksürətli dəniz səyahətləri;

2 . avtomobil;

3 . aeroplan;

4 . mikroskop və teleskop;

5 . barıt və bomba

Alim vaxtın ən nəhəng novator olduğunu qeyd edirdi.

Bekon rifahlı, təminatlı həyatın insanın qüsurlarını, yoxsulluğun isə, əksinə, müsbət cəhətlərini üzə çıxartdığını düşünürdü. O, istənilən zorakı tədbirin yeni pislik əmələ gətirdiyinə inanırdı. İnsanları zorakılıq tətbiq etməyə qorxu, qəzəb vadar edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər