20 C
Baku
Friday, May 3, 2024

Rokfeller belə deyirdi…

Uğur əldə etmiş insanların sitatları həmişə maraqlı olub, çünki onlarda nəinki işin aparılması prinsipləri, hətta bu və digər insanın həyata olan münasibəti dəqiqliklə tərənnüm olunur.

Diqqətinizə dünya tarixində yaradılmış ən iri neft tresti olan və amerikan neftinin 95%-i idarə edən Standard Oil-in banisi və rəsmi olaraq, tarixin ən varlı insanı (cari kursla onun sərvəti 300 mlrd dollardan çox qiymətləndirilir) Con Devison Rokfellerin sitatlarını çatdırırıq.

Rokfellərin sitatları:

Pul haqqında

Əgər sizin məqsədiniz varlanmaqdırsa, siz ona heç vaxt çatmayacaqsınız.

Mən pul qazanmağı və onları vicdanımın buyurduğu kimi yaxınlarımın rifahı üçün istifadə etməyi öz borcum hesab edirəm.

Mən, bütün vaxtını yalnız pulun özü üçün pul qazanmağa həsr edən insanlardan daha nifrətəlayiq və acizini tanımıram.

Kim ki bütün gün işləyir, onun pul qazanmağa vaxtı olmur.

Biznes haqqında

Biznes əsasında qurulmuş dostluq, dostluq əsasında qurulmuş biznesdən daha yaxşıdır.

Bilirsiniz, mənə nə daha çox zövq verir? Öz səylərimin nəticəsi olaraq dividentlərin daxil olmasını görmək.

Insanlar tərəfindən idarə haqqında

Düzgün hərəkət etmək kifayət deyil, ən əsası başqa insanları düzgün addım atdığınıza inandırmaqdır.

Mən entuziazmı olan insanı işə götürərəm, nəinki hər şey biləni.

Yaxşı idarəetmə, adi insanlara işi dahilər səviyyəsində icra etməyin göstərildiyi prosesdir.

Insanlarla davranış bacarığı – şəkər tozu və çay kimi əmtəədir, onu da satın almaq mümkündür. Mən isə bu bacarığa heç nəyə vermədiyim qədər pul ödəyə bilərəm.

Uğur haqqında

Sizin rifahınız öz qərarlarınızdan asılıdır.

Mən fikirləşirəm ki, istənilən formada uğur qazanmaq üçün inaddan daha vacib digər bir keyfiyyət ola bilməz.

Iradə hər şeyin öhdəsindən gələ bilər, hətta təbiət qanunlarının da.

Inad sayəsində siz doğru olub-olmamasından, yaxşı və ya pis olmasından asılı olmayaraq bütün məqsədlərə çatacaqsınız.

Həyat haqqında

Mən heç təxmin belə edə bilməzdim ki, həyatda kim olacağam, amma hər zaman bilirdim ki, nə isə daha üstün bir şey üçün yaradılmışam.

Son xəbərlər
 ⁠
Digər xəbərlər