15 C
Baku
Sunday, November 24, 2024

Rokfellerin həyat prinsipləri

1. Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.

2. Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.

3. Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.

4. İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.

5. Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.

6. İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.

7. Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.

8. Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.

9. Mənə düşünən deyil, işləyən xalq lazımdır.

10. Pul qazanmağın üsulu odur ki, küçələrdə qan töküldüyü vaxtda almağı bacarasan.

11. Məndə bir duyğu var ki, mən ona görə uğur qazanır və hər yerdə gəlir əldə edirdim ki, çünki Allah bilirdi ki, mən bunun qarşılığını tam ödəyəcəyəm.

12. Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən.

13. Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam.

14. Mən yəqin ki, işə daha çox təşəbbüskar olan insanı götürərdim, nəinki hər şeyi biləni.

15. Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun.

16. Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur.

17. Mən heç zaman həyatda hansı mövqe tutacağımı və nəçi olacağımı təxmin etmirdim, amma həmişə bilirdim ki, böyük bir işdən ötrü doğulmuşam.

18. Böyük xərclərdən qorxmaq lazım deyil, qorxmalı olduğunuz kiçik mənfəətlərdir.

19. Bilirsiniz, həyatda mənə ən çox zövq verən nədir? Sərf etdiyim əməyin necə divident gətirdiyini görmək.

20. Sizin rifahınız özünün verdiyi qərarlardan asılıdır.

Son xəbərlər
Digər xəbərlər