-1 C
Baku
Sunday, December 15, 2024

“Rolls-Royce” ilk elektrikli təyyarəsini sınaqdan keçirib – Video

“Rolls-Royce” ilk elektrikli təyyarəsini sınaqdan keçirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Təyyarə Böyük Britaniyanın Müdafiə Nazirliyinin aerodromundan göyə qalxıb və 15 dəqiqə davam edən uçuşdan sonra uğurla yerə enib.

“Spirit of Innovation” təyyarəsinin mühərrikinin gücü 400 kilovat (təxminən 544 at gücü) təşkil edir ki, bu da onun 482 km sürətlə uçmasına imkan verir. Mühərrik “aviasiyada ən çox enerji tələb edən batareya” ilə işləyir.

Elektrikli təyyarənin yaradılması və sınağı ətraf mühitə zərər verməyən nəqliyyatın inkişaf proqramı çərçivəsində Böyük Britaniya tərəfindən maliyyələşdirilir. Onun hava taksi xidməti sahəsində istifadə edilməsi planlaşdırılır.

Rolls Royce2

Ümumiyyətlə, şirkət 2050-ci ilə qədər ekoloji cəhətdən təmiz məhsul istehsalına keçmək istəyir.

Elektrikli hava nəqliyyatı sahəsindəki araşdırmalar həmçinin ABŞ tərəfindən də aparılır. “Hyundai” şirkəti isə artıq 2022-ci ildə aerotaksi xidmətini işə salmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər