25 C
Baku
Monday, April 29, 2024

“Rolls-Royce” inflyasiyaya görə işçilərinə £2 min ödəyəcək

Böyük Britaniyanın “Rolls-Royce” şirkəti işçilərinə maddi dəstək vermək niyyətindədir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Konsern işçilərinin təxminən 70%-nə 2 min funt sterlinq (2 458 ABŞ dolları) məbləğində birdəfəlik ödəmə təklif edəcək.

Rolls-Royce qeyd edib ki, pulu təxminən 11 min işçi və 3 min kiçik menecer alacaq. Həmçinin işçilərin əməkhaqqı 4% artırılacaq. İlk ödənişlər avqustda başlayacaq.

Şirkət vurğulayıb ki, ilk dəfədir ki iqtisadi vəziyyətlə bağlı “bonus” təklif edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər