18 C
Baku
Friday, September 20, 2024

Rolls-Royce rekord həcmdə satışlara nail oldu

The Wall Street Journal-ın verdiyi məlumata görə, Britaniyanın avtomobil istehsalçısı Rolls-Royce Motor Cars artıq dörd il ardıcıl dacam edən rekord sayda satışlar həyata keçirdiyini elan etdi.

Rolls-Royce keçən il 3,63 min avtomobil satıb. Bununla şirkət Yaxın Şərq və Çində əhəmiyyətli dərəcədə gəlirlərə sahib olmuşdur. Burada artım bir il ərzində 17 və 11% təşkil etmişdir.

Şirkət bir il ərzində İstanbul, Nigeriya, Vyetnam, Filippin də daxil olmaqla 40-dan çox ölkədə avtomobil satmışdır. Avtomobil istehsalçısı 15 yeni diler mərkəzi açaraq onların sayını 120-ə çatdırmışdır.

Şirkətin baş icraçı direktorunun sözlərinə görə keçən il şirkət üçün əhəmiyyətli təsirə malik olub. Rolls-Royce lüks avtomobillər bazarının zirvəsində öz vəziyyətini qoruyub saxlayır. O həmçinin bildirmişdir ki, şirkət sürətlə inkişaf edən idman yolsuzluq avtomobilləri bazarına da çıxmağı planlaşdırır. Lakin şirkət bununla yanaşı, tələsmək niyyətində deyil.

Son xəbərlər
Digər xəbərlər