25 C
Baku
Saturday, July 20, 2024

Rolls-Royce yeni salon konsepsiyasını təqdim edib

Çinin Çenqdu şəhərində keçirilən avtosalonda Rolls-Royce şirkəti uzunbazalı Phantom modelinin alıcılarına ünvanlanan təcrid olunmuş sərnişin bölümünün konsepsiyasını nümayiş etdirib. Privacy Suite adlandırılan məkanın əsas xüsusiyyəti “ağıllı” şüşədən olan arakəsmə, həmçinin sürücü və öndəki sərnişin ilə sənəd və ya xırda əşyaları mübadilə etmək imkanı verən qutudur.

“Ağıllı” və ya elektroxrom şüşə şəffaflığını dəyişərək sürücü və arxa sərnişin bölümünü vitrual olaraq bölməyə imkan verir. Müasir səsboğucu materiallardan istifadə sayəsində Privacy Suite kənar səs-küyün salona daxil olmasının qarşısını tamamilə alır. Rolls-Royce Phantom limuzinin arxa sərnişini sürücü ilə əlaqə saxlamaq üçün xüsusi quraşdırılmış rabitə sisteminə malikdir.

Privacy Suite arakəsməsinin mərkəzində açılan zaman daxili məkanı işıqlandırılan xüsusi qutu yerləşdirilib. Bundan başqa, sərnişin bölümünü, avtomobilin bortsisteminə birləşdirilmiş, ayrıca HDMI-portu və iki 12-düymlük displeyi olan əyləncə kompleksi ilə təchiz etmək olar. Bu sistemin köməyi ilə “ulduzlu” tavanı da tənzimləmək mümkündür.

Yeni nəsil Rolls-Royce Phantom modeli keçən ilin yayında debüt edib. Avtomobil adaptiv pnevmatik asqıya, tam idarələnən şassiyə, həmçinin 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,75-litrlik 12 silindrli tvinturbo mühərrikə sahib olub.

– Autograph.az

Son xəbərlər
Digər xəbərlər