7 C
Baku
Thursday, December 12, 2024

“Rolls-Royce”un satışları 116 illik tarixində yeni rekord vurub

“BMW”yə məxsus olan “Rolls-Royce Motor Cars” avtomobil konserni 2021-ci ilin birinci rübünün hesabatını açıqlayıb.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

“CNBC” qeyd edir ki, cari rübdə şirkət 116 illik tarixində ən yaxşı göstəricilərə nail olub.

“Rolls-Royce” birinci rübdə bazara 300 min dollar dəyərində 1380 avtomobil tədarük edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 62% çoxdur. Beləliklə, şirkət rüblük satışlarda yeni bir rekorda imza atıb. “Rolls-Royce” tələbin hələ də güclü olmağa davam etdiyini açıqlayıb.

“Son çətinliklərə cəsarət, təxəyyül və ixtiraçılıqla cavab verdik. Planlaşdırma etdik və müştərilərimizin ehtiyac və tələblərinə böyük diqqət ayırdıq”, – deyə şirkətin baş direktoru Torsten Müller-Otvos söyləyib. Bildirildiyi kimi, ən yüksək tələb “Cullinan” yolsuzluq avtomobilinə olub. Bu avtomobilin ilkin qiyməti 335 min dollar təşkil edir. Eyni zamanda, “Ghost” modelinin (332 min dollar) satışları yüksək olub.

“CNBC” qeyd edir ki, “Rolls-Royce”un rekord rüblük satışları pandemiya başladığı gündən bəri milyardlarla dollar qazanmış dünyanın ən zəngin insanların pullarını xərcləməyə hazır olduqlarını nümayiş etdirir. Daha əvvəl “Bentley” və “Lamborghini” rekord satışlarından hesabat veriblər.

Son xəbərlər
Digər xəbərlər