18 C
Baku
Monday, September 16, 2024

Roma dünyanın ən qədim bankını milliləşdirməyə hazırlaşır

Ekspertlər belə hesab edirlər ki, dövlətin köməyi yalnızca müvəqqəti olaraq Banca Monte dei Pashci di Siena bankının vəziyyətini yüngülləşdirəcək. Çünki italyan bankının üzləşdiyi problemin konkret həll yolu görünmür.
Qeyd edək ki, Banca Monte dei Pashci di Siena bankı 1472-ci ildə Siena şəhər-dövlətində “yoxsul və bədbəxtlərə” maliyyə yardımı göstərmək məqsədilə yaradılıb və planetin ən qədim bank müəssisəsi hesab edilir. Bank 5 milyon müştəri sayına və həmçinin 360 milyard avro pis kreditə sahibdir. O Avropada digər kredit müəssisələri içərisində ən pis nəticələrdən birini göstərən maliyyə təşkilatına çevrilib. Matteo Renzinin referendumda məğlub olması və onun ardınca istefa etməsi fonunda yaranan siyasi böhran bankın vəziyyətini daha da çətinləşdirdi.
Avropa Mərkəzi bankı Monte bankına işlərini qaydaya salmaq üçün kredit axtarışına əlavə vaxt verməkdən imtina etdikdən sonra görünür Roma belə qərara gəlib ki, yeganə çıxış yolu bankın milliləşdirilməsidir. Lakin burada da hər şey asan deyil.
Forbes belə hesab edir ki, dünyanın qədim bankının işləri çox pisdir, çünki onun prbleminin həlli yoxdur. Monte dei Pashci bankının problemlərini ilkin sınaqdan keçirilmiş metodlarla həll etmək çətindir, çünki avropalı banklar hazırda rəhbərliyin sərt nəzarəti altındadırlar. Forbes jurnalı qeyd edir ki, pis bankların xilas edilməsi məsələsində bu nəzarət adətən kömək etmir, əksinə mane olur.
Dövlətin müdaxiləsi mütləqdir, çünki Monte dei Pashci bankının vəziyyətinin yaxşılaşdırılması üçün investorlardan 5 milyard avro cəlb etmək cəhdləri uğursuzluqla nəticələndi. Beynəlxalq investorların əksəriyyəti siyasi böhrandan qorxuya düşən Qatar Investment Authority-nin ardınca Monte dei Pashci bankına yatırım etməməyə qərar verdilər.

Son xəbərlər
Digər xəbərlər