13 C
Baku
Friday, November 22, 2024

Roma hava limanı 2024-cü ildə sərnişinləri şəhər mərkəzinə aerotaksilərlə çatdırmağı planlaşdırıb

Romanın Leonardo da Vinçi adına “Fiumicino” Hava Limanı 2024-cü ildə yeni aerotaksi xidməti təqdim edəcəyini açıqlayıb.“Volocopter” adlandırılan aerotaksilər sərnişinləri hava limanından şəhər mərkəzinə çatdıracaq. Tamamilə ekoloji cəhətdən təmiz və demək olar ki, səssiz olan sözügedən taksi markası “VoloCity helikopter” sinifinə aiddir.

Taksilər xarici görünüşcə “Blade Runner” (1982) və ya “”The Fifth Element” (1997) elmi-fantastik filmlərindəki pilotsuz avtomobilərin dizaynı əsasında hazırlanıb.

Uçuş qiyməti 140 avro göstərilib. Bu gediş qiyməti, ənənəvi adi taksilərdən, təxminən iki dəfə bahadır. Aerotaksilər şəhər tıxaclarından yan keçməklə cəmi 10 dəqiqəyə ünvanda olacaq.

Taksilər “Fiumicino” limanının ərazisindəki xüsusi ərazisindən havaya qalxacaq. Şəhərin mərkəzinə çatma məntəqəsi isə hələlik məxfi saxlanılır.

Birinci mərhələdə pilot kabinəsində bir sərnişin və bir pilotun olması planlaşdırılır.

Malların daşınması üçün isə nəqliyyat vasitələrinin pilotsuz rejimdə istifadəsi planlaşdırılır. İlkin olaraq 6 aerotaksinin fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Alman şirkəti olan “Volocopter” 2011-ci ildən təyyarələrini sınaqdan keçirir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər