“Avropa sosial ədalət baxımından yanlış yollar tutub”.
Bunu Roma Papası Fransisk bəyan edib.
Onun sözlərinə görə, Qərb bu gün Avropanın deyil, bəşəriyyətin ən böyük qəbiristanlığıdır:
“Qərb insanlara ehtiyacı olanda miqrantları qəbul etməyi unudur. Demoqrafik qış haqqında nə düşünürük? Bizə İspaniyada, İtaliyada insanlar lazımdır. Qərb niyə miqrant inteqrasiyası siyasəti aparmır? Bu, dəyərləri dərk etmək problemidir”.
Roma Papası xatırladıb ki, Avropa fundamental dəyərlərə qayıtmalıdır: “Biz indi başqa millətlərə kömək etmək üçün yetərincə yüksəklikdə deyilik”.