Roma Papası Fransisk Estoniyaya səfəri zamanı maraqlı hədiyyə alıb.
Tallində ölkə prezidenti Kersti Kalyulayd pontifikə Estoniyanın e-rezidenti xüsusi vəsiqəsini təqdim edib.
I Fransisk Estoniyanın elektron rezidenti adını almış 36 647-ci şəxs olub. Ondan əvvəl, Almaniya kansleri Angela Merkel, Yaponiyanın Baş naziri Sindzo Abe və digər şəxslər Estoniyanın e-rezidenti olub.
Bundan başqa, Roma Papası Latviyaya səfəri zamanı hədiyyə olaraq 118 cüt corab və 10 cüt əlcək əldə edib.