9 C
Baku
Thursday, December 12, 2024

Roma Papası səhhəti ilə bağlı vəzifəsindən gedə bilər

Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.

Bu barədə bu gün “Libero” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu ilin dekabrında Roma Papasının 85 yaşı tamam olacaq.

Oxucuların diqqətinə çatdırılıb ki, onun sələfi XVI Benedikt də 85 yaşında Taxt-tacdan uzaqlaşıb.

Qeyd edək ki, iyul ayında Papa Fransisk ümumi anesteziya altında bağırsaq əməliyyatı olunub. Bundan başqa, 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə Roma Papası güclü soyuqdəymə keçirib.

Xatırladaq ki, Papa Fransiskin 12-15 sentyabr tarixlərində Macarıstan və Slovakiyaya səfəri planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər