25 C
Baku
Thursday, July 10, 2025

Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək

Fevralın 21-də Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək.

Biznes-forum İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İCE – İtaliya Şirkətlərinin Xaricdə Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“İtaliyanın biznes mühiti – Azərbaycan” adlı forumda azərbaycanlı və italyan iş adamları, habelə qarşılıqlı sərmayələr yatırmaqda maraqlı olan şirkətlər iştirak edəcək. Biznes-forumun əsas istiqamətləri kənd təsərrüfatı texnikası, nəqliyyat, infrastruktur, telekommunikasiya, energetika və ekoloji təmiz texnologiyalar olacaq.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər