Roman Abramoviçdən 10 məsləhət

Problemlərin çoxu beyin ilə əlaqədardır. Onlar hər hansı bir hadisənin, uğursuzluğun və ya digər insanların hərəkətlərinin nəticəsi deyildir. Onlar bizim mənfi mental vərdişlərimizə görə yaranırlar. Bu 10 davranış növündən azad olun və dərhal onların hər birinin səbəb olduğu bir çox problemdən azad olacaqsınız:

1. Tələsik qərar verməyin. Bu vərdiş həyatınızı iki cür çətinləşdirə bilər. Birincisi, biz nə olacağını bildiyimizi güman edirik və buna görə diqqətimizi söndürürük və bu fərziyyə əsasında hərəkət etməyə başlayırıq. İnsanlar əsla gələcəyi görə bilmir. Onların fərziyyələrinin əksəriyyəti yanlışdır və bu səbəbdən onların hərəkətləri də yanlışdır. Bu vərdişin ikinci tərəfi – biz düşünürük ki, fikirləri oxuya bilirik və guya digər insanların nə etdiklərini və nə düşündüklərini bilirik. Yenə yanlış, özü də kökündən yanlış. Məhz bu yanlış münasibətləri digərlərindən daha çox məhv edir.

2. Şişirtməyin. Bir çoxları xırda uğursuzluqları şişirdərək ölümcül, təhlükəli fəlakətlərə çevirir və buna uyğun reaksiya verir. Qarışqadan fil düzəltmək vərdişi həyəcan yaradır, bu həyəcan ya mövcud deyil, ya da o qədər kiçikdir ki, heç narahat olmağa dəyməz. Onlar niyə belə edir? Kim bilir?! Bəlkə daha önəmli olmaq, görünmək və hiss ermək üçün. İstənilən halda, bu ağılsızlıq olduğu qədər də zərərlidir.  

3. Qanun-qaydalar yaratmayın. Bütün bu “lazımdır” və “olmalıdır”ların böyük əksəriyyəti, çox güman ki, lazımsızdır. Onlar yalnız əsəbilik və günah hissinə səbəb olur. Niyə? Xəyalınızda yaratdığınız bu qaydalara riayət edərək beyninizi lazımsız maneələrlə doldurursunuz. Bu qaydaları başqalarına aşıladıqda siz hürküdücü və bezdirici pisniyyətə və ya özündənrazı fanatikə çevrilirsiniz.

4. Stereotiplərdən uzaq olun. İşlətdiyiniz kəlmələr əleyhinizə çevrilə bilər. Neqativ danışıq və tənqid eynilə neqativ düşüncə yaradır. Hadisələri müəyyən kateqoriyalara daxil etməyə çalışaraq onların əsl mənasını görmür, bununla da düşüncənizi mütləq yararsızlığa qədər məhdudlaşdırırsınız. Orada nə olduğuna baxın. Stereotiplərdən uzaq olun. Gördükləriniz sizi təəccübləndirəcək.   

5. Mükəmməl olmağa çalışmayın. Həyat yalnız “ağ və qara”dan və yaxud “hər şey, ya da heç nə”-dən ibarət deyildir. Bir çox halda “kifayətdir” məhz kifayət olduğunu göstərir. İdeal iş axtarmağa başlasanız, siz, çox güman ki, heç vaxt onu tapmayacaqsınız. Bu zaman bütün digər işlər sizə olduğundan daha pis görünəcək. İdeal münasibət axtaracaqsınız və çox güman ki, bütün həyatınızı tənhalıqda keçirəcəksiniz. Perfeksionizm sizə həyatdan həzz almağa imkan verməyən, hər dəfə sizi olmayan bir şeyin axtarışına meylləndirən ruhi xəstəlikdir.

6. Ümumiləşdirməyin. Bir-iki uğursuzluq hələ daimi uğursuzluq göstəricisi deyildir. Təsadüfi zəfər isə sizi dahi etmir. Bir, iki, hətta üç hadisə, pis və ya yaxşı hər zaman uzun müddət davam etmir. Bir qayda olaraq, bu bir hadisədir, nəyinsə göstəricisi deyildir.

7. Ürəyinizə salmayın. İnsanların çoxu, hətta dost və həmkarlarınız vaxtlarının 99 faizini sizin haqda danışmır, düşünmür və maraq göstərmirlər. Təşkilatınızdakı və ya qonşuluqda yaşayan insanlar, bəlkə də, sizi heç tanımırlar. Bəlkə də, heç tanımaq belə istəmirlər. Həyatın eniş-yoxuşları, digər insanların isti münasibəti və laqeydliliyinin şəxsən sizinlə heç bir əlaqəsi yoxdur. Əks halda, siz özünüzü lazım olduğundan daha bədbəxt hiss edəcəksiniz.

8. Emosiyalara inanmayın. Hiss elədikləriniz heç də hər zaman həqiqətən baş verənlərin göstəricisi deyildir. Sizin sadəcə bunu hiss etməyiniz, bunun həqiqət olduğunu göstərmir. Bəzən yorğunluq, aclıq, qıcıqlanma, hətta soyuqdəymə belə emosiya mənbəyi ola bilər. Sizin özünüzü yaxşı və ya pis hiss etməyiniz gələcəyi dəyişmir.  Hisslər həqiqi ola bilər, lakin onlar həqiqət deyildir.

9. Apatiyaya məruz qalmayın. Optimist olmağa vərdiş edin. Həyatdan və ya işdən pis şeylər gözləsəniz, o zaman onlarla rastlaşacaqsınız. Mənfi əhval-ruhiyyə dünyaya təhrif edici, çirkli eynəklə baxmaq deməkdir. Başqa heç nəyi görmədən, fikir vermədən siz yalnız qüsurları görəcəksiniz. Çox qəribədir, olmayan şeyləri axtarmağa başlayan kimi, necə də asanlıqla onları görmək olur. Əlbəttə ki, müsbət şeylər axtarmağa başlasanız, onları da tapacaqsınız.

10. Keçmişlə yaşamayın. Bu ən önəmli məsləhətdir: unudun və yaşamağa davam edin. Qəzəb, xəyal qırıqlığı, bədbəxtlik və ümidsizlik bu dünyada ən çox keçmiş inciklik və problemlərə yaşayan insanlardan gəlir. Onları beyninizdə nə qədər çox çək-çevir etsəniz, onlar sizə bir o qədər böyük görünəcək və özünüzü daha pis hiss edəcəksiniz. Bədbəxtliklərlə yaşamayın. Unudun və yaşamağa davam edin. Bu məsləhətə əməl edin və bununla da sizi yaralamaq gücünü ondan alın.