7 C
Baku
Tuesday, March 5, 2024

Roman Abromoviç məsləhəti

Bizim problemlərimizin böyük əksəriyyəti öz beynimizdə yaranır. Onları biz yaradırıq. Onlar hər hansı bir hərəkətin, hadisənin, uğursuzluğun və yaxud hər hansı başqa bir cəhətin nəticələri deyil. Onlar sadəcə olaraq pis daxili vərdişlərimiz səbəbindən peyda olurlar. Bu vərdişlərdən dərhal olaraq azad olmağa çalışın. Sağlam ruh naminə.

Aşağıda Roman Abramoviçdən sizi mental, ruhi problemlərdən azad etməyə kömək edəcək məsləhətləri təqdim edirik.

Ani olaraq nəticə çıxarmağa çalışmayın:

Müəyyən bir xoşagəlməz hadisə ilə üzləşdikdə ani olaraq mənfi nəticə çıxarmağa çalışmayın. Dayanın və düşünün. Məhz bu axmaqlıq münasibətləri korlayan ilk amildir.

Vəziyyəti dramatikləşdirməyin:

Bir çoxları kiçik uğursuzluqlardan əsl faciə yaratmağı çox yaxşı bacarır. Onlar nəyə görə belə edir? Kim bilir… İstənilən halda bu yolverilməz haldır.

Özünüzdən qaydalar yaratmayın:

Özünüz üçün təyin etdiyiniz “lazımdır” və “mütləqdir” qaydalarının əksər hallarda sizin üçün bir faydası yoxdur. Onlar sizə bəxş etdiyi yalnızca əsəbilik və günah hissidir. Bu nəyə lazımdır? Özünüzü bu qaydalarla əhatə etməklə beyninizi əlavə yüklə yükləmiş olursunuz. Digər böyük bir problem isə özünüz üçün təyin etdiyiniz bu qaydaları başqalarının həyatında da tətbiq etməyə çalışmağınızdır.

Stereotiplərdən uzaq olun:

Hər kəs kimi olmağa çalışmayın, sərhədlərinizdn kənarda daha rəngli bir dünya var.

Hər şeyi ciddi qəbul etməyin:

İnsanların əksəriyyəti, hətta dostlarınız və kolleqalarınız öz zamanlarının 99%-ni sizi düşünməmək və qayğınıza qalmamaqla keçirir. Həyati yüksəliş və enişlər, digər insanların səmimi və soyuqqanlılığı sizin emosional vəziyyətiniz ilə birbaşa bağlı olmamalıdır.

Keçmişdə yaşamayın:

İndi yaşadığın dövr ən vacibidir: unudun və yaşamağa davam edin. Ən çox məyus, qəzəbli  və bədbəxt olan insanlar keçmiş problem və küskünlüklərə bağlı qalan insanlardır.

Son xəbərlər
Digər xəbərlər