20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Ronaldo 8 milyon avroya torpaq sahəsi aldı

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu Lissabonda sahə alıb.

“Vidas.pt” saytının məlumatına görə, 35 yaşlı hücumçu Riveyradakı əraziyə 8 milyon avro ödəyib. Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ronalduya yaxın mənbə deyib ki, bura onun karyerasını bitirdikdən sonra qalacağı yer deyil, sadəcə, sərmayədir.

Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir

Qeyd edək ki, Kriştianu Ronaldu ötən il Lissabondakı ən bahalı mənzili 7.5 milyon avroya alıb.

Son xəbərlər
Oxşar xəbərlər