13 C
Baku
Sunday, November 27, 2022

Ronaldo daha bir klub alıb

Braziliyanın əfsanəvi futbolçusu Ronaldo daha bir klub alıb.

“Yekədiş” ölkəsinin “Kruzeyro” klubuna sahib olub.

O, “Kruzeyro”nun səhmlərinin 90 faizini alıb. Bu, 46 yaşlı funksionerə 70 milyon dollara başa gəlib. Braziliya təmsilçisi Ronaldonun ikinci peşəkar klubudur. O, həmçinin İspaniyada “Valyadolid”in də sahibidir.

Qeyd edək ki, Ronaldonun futbolçu karyerasında ilk peşəkar komandası “Kruzeyro” olub. O, 1993/94 mövsümündə bu klubun heyətində 57 qol vurduqdan sonra Avropa macərasına başlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər
X