33 C
Baku
Wednesday, July 17, 2024

Ronaldo İspan klubunun səhmlərinin 50%-ni satın alıb

Braziliya milli komandasının əfsanəvi futbolçusu Ronaldo yenidən İspaniya La Liqasına yüksələn “Valyadolid” klubunun səhmlərinin 51 faizini alıb.

Braziliyalı sabiq hücumçu bunun üçün 30 milyon avrosundan keçməli olub. O, bu gündən “Valyadolid”in əsas səhmdarı və prezidenti olacaq.

Rəsmi imzalar atıldıqdan sonra Ronaldo yeni klubu ilə bağlı fikirlərini bölüşüb: “Bundan əvvəl futbolun bir neçə səviyyəsində iştirak etmişdim. İndi yeni bir mərhələyə başlayıram. “Valyadolid” klubunu daha yüksək yerlərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bu yolda azarkeşlərin də dəstəyi vacibdir”.

Qeyd edək ki, “Valyadolid” 2017/2018 mövsümündə 5-ci yeri tutaraq La Liqaya vəsiqə qazana bilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər