Ronaldo Səudiyyə Ərəbistanında daha 200 mln. avro qazanacaq

Səudiyyə Ərəbistanı Ronaldoya “Əl Nəsr”də qazanacağı 500 milyon avrodan əlavə daha 200 milyon avro ödəyəcək.

Bu məbləğin qarşılığında portuqaliyalı ulduz 2030-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının namizədliyinin səfiri olacaq.

Qeyd edək ki, 2030-cu ildə keçiriləcək DÇ-yə ev sahibliyi etmək istəyən ölkələrdən biri də Ronaldonun vətəni Portuqaliyadır. Onun 200 milyon avro qarşılığında ölkəsinə qarşı mübarizə aparacağı da birmənalı qarşılanmayıb.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər