6 C
Baku
Saturday, December 3, 2022

Ronaldo üç qola görə €1 mln. mükafat alacaq

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə çempionatının 33-cü turunun “Norviç”lə oyununa görə 1 milyon avro mükafat alacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Portuqaliyalı idmançının bu mövsümün sonuna qədər vuracağı hər növbəti qola görə 120 min avro (10,4 milyon rubl) alacağı məlum olub.

“Mançester Yunayted” (MU) ilə “Norviç” matçı aprelin 16-sında baş tutub. İngiltərə Premyer Liqasının 33-cü turunun oyununda “Mançester Yunayted” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Hər üç qolu hücumçu Kriştiano Ronaldo – oyunun 7, 32 və 76-cı dəqiqələrində vurub. Qeyd edilir ki, bu, onun karyerasında 60-cı het-trikdir, Ronaldo mövsüm ərzində 21 qol vurub.

37 yaşlı futbolçunun müqaviləsinə bir mövsümdə 20 qol vurmaq üçün 905 000 avro və həddi aşdıqdan sonra hər növbəti qol üçün 120 000 avro mükafat nəzərdə tutulub. Ronaldonun “Mançester Yunayted”in mövsümün bombardiri olacağı təqdirdə daha 1,2 milyon avro alacağı bildirilir.

2021-ci ilin payızında Cristiano Ronaldo Forbes reytinqində Paris Saint-Germain (PSJ) hücumçusu Lionel Messini keçərək ən çox maaş alan futbolçu olub. “Mançester Yunayted”ə qayıdan hücumçu keçən il 125 milyon dollar, Messi isə cəmi 110 milyon dollar qazanıb.

Son xəbərlər
Digər xəbərlər
X