14 C
Baku
Saturday, April 27, 2024

Ronaldo villasına işçi axtarır – aylıq 6 min avro maaş

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo villasına işçilər axtarır.

37 yaşlı hücumçunun ölkəsində yerləşən evinə bağban, aşbaz və qulluqçu axtarılır. Ronaldo işçilərə aylıq 6000 avro maaş (10 min 836 manat) verəcək. İşə qəbul olunacaq şəxslər gizlilik müqaviləsi imzalamalıdır.

Qeyd edək ki, Kriştiano Ronaldo Lissabondan 40 km məsafədə yerləşən həmin villanı bir neçə ay öncə 20 milyon avroya alıb. Malikanə Portuqaliyada ən bahalı mülk hesab olunur.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər