8 C
Baku
Saturday, February 7, 2026

Ronaldonun boykotu Səudiyyə liqasına 2,4 milyard dollar ziyan vurub

Amerikanın “FOX Sports” telekanalı portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsi fonunda Səudiyyə Ərəbistanı futbol çempionatının matçlarının yayımını dayandırmaq barədə qərar qəbul edib.

Məlumata əsasən, bu qərarla əlaqədar liqa artıq qlobal media və kommersiya layihələri ilə bağlı 2,4 milyard dollar məbləğində zərərə məruz qalıb. Qeyd olunur ki, “FOX Sports” Səudiyyə Ərəbistanı çempionatının işıqlandırılmasından imtina edən ilk iri beynəlxalq telekanal olub.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”in son iki oyununu buraxıb. Bundan əvvəl Portuqaliyanın “A Bola” qəzeti futbolçunun oyunu boykot edə biləcəyi barədə məlumat vermişdi. Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarə etmə tərzindən narazıdır (xüsusilə də eyni qurumun idarə etdiyi rəqib komandalarla müqayisədə). Hücumçu hesab edir ki, komanda cari transfer pəncərəsində heyəti kifayət qədər gücləndirməyib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər