14 C
Baku
Monday, May 13, 2024

Ronaldu 240 milyon avroluq maaşından imtina edib

Səudiyyə Ərəbistanına məxsus olan “Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştiano Ronaldoya ildə 240 milyon avro maaş təklif olunsa da, o, ondan imtina edib. “The Mirror” yazır ki, bu məbləğ 37 yaşlı portuqaliyalı idmançını dünyanın ən yüksək maaş alan futbolçusu edəcəkdi.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Bu yay beşqat “Qızıl top”un qalibi komandadan ayrılmaq arzusunda olduğunu açıqlayıb”, – “The Mirror” qeyd edir.

Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir. Cari mövsümdə o, komandanın heyətində bütün yarışlarda yeddi oyun keçirib və qol vurmayıb. Ronaldo komandasının start heyətində cəmi iki dəfə qalıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər