Ronaldu “Coca-Cola”dan imtinaya və su içməyə çağırdı

İtaliyanın “Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu AVRO-2020-nin mətbuat konfranslarından birində “Coca-Cola” içkisindən imtina etməyə və təbii su içməyə çağırıb.

Ronaldu jurnalistlərlə ünsiyyət üçün mətbuat mərkəzində öz yerini tutub. Tədbir zamanı reklam məqsədilə onun qarşısına “Coca-Cola” içkisinin iki butulkası qoyulub. Futbolçu qazlı içkini özündən kənarlaşdırıb, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əlini nümayişkaranə şəkildə yelləyib.

Qeyd edək ki, Ronaldunun bu hərəkətinin foto və videosunun görüntülərinə artıq virus yerləşdirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.