16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Ronaldu “Manchester United” ilə müqavilə imzalayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Manchester United” ilə 2 illik müqavilə imzalayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İngiltərə futbol klubundan verilən məlumata görə, müqavilə daha bir il uzadıla bilər. Bildirildiyi kimi, 36 yaşlı Ronaldunun transferi avqustun 27-də razılaşdırılıb.

İtaliya futbol klubunun açıqlamasında göstərilir ki, “Manchester United” qarşıdakı 5 il ərzində “Juventus”a 15 milyon avro ödəyəcək. Bundan əlavə, planlaşdırılmış göstəricilər əldə edildikdən sonra klub əlavə 8 milyon avro bonus qazanacaq.

“Manchester United” – ürəyimdə xüsusi yerə sahib olan bir klubdur və cümə günü aldığım bu xəbər məni təəccübləndirdi. Dolu stadionun qarşısında “Old Trafford” ilə oynamağımı səbirsizliklə gözləyirəm. Beynəlxalq oyunlardan sonra komandaya qoşulmaq üçün həvəsliyəm və ümid edirəm ki, bizi çox uğurlu bir mövsüm gözləyir”, – deyə Ronaldu söyləyib.

Qeyd edək ki, Ronaldu “Manchester United”də sonuncu dəfə 2003-2009-cu illərdə çıxış edib. Bu müddət ərzində futbolçu İngiltərə çempionu olub, Çempionlar Liqasını qazanıb və “Qızıl top” (dünyanın ən yaxşı futbolçusu) mükafatını alıb. Ronaldu 292 oyunda 118 qol vurub.

“Manchester United” futbol klubunu tərk edərək, Ronaldu “Real Madrid” ilə 80 milyon avroluq müqavilə bağlayıb. 2018-ci ildə isə 115 milyon avro qarşılığında “Juventus”a keçib. Həmin ildə Ronaldu ikiqat İtaliya çempionu olub.

Ronaldu – milli komandaların tarixində ən çox qol vuran oyunçudur (109 qol). Portuqaliya komandası ilə birlikdə futbolçu Avropa çempionu (2016) adını qazanıb və Millətlər Liqasında (2019) qalib gəlib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər