20 C
Baku
Thursday, October 17, 2024

Ronaldu və Messinin illik qazancı açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu və ABŞ təmsilçisi “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messinin illik qazancı açıqlanıb.

39 yaşlı hücumçu Səudiyyə Ərəbistanında ildə 285 milyon dollar gəlir əldə edir.

Messinin ABŞ-dəki qazancı isə 135 milyon dollardır. Bu da portuqaliyalı futbolçunun rəqibindən iki dəfə çox qazanc əldə etməsi anlamına gəlir.

Qeyd edək ki, hər iki futbolçu hazırda formasını geyindiyi klublara 2023-cü ildə transfer olunublar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər