3 C
Baku
Saturday, December 14, 2024

“Roscosmos” bir kosmanavtın aya uçuş qiymətini hesabını açıqlayıb

Rusiyanın dövlət “Roscosmos” korporasiyasının perspektivli proqramlar və elm üzrə icraçı direktoru Aleksandr Bloşenko rus kosmonavtların Aya göndərilməsi üçün 400 milyard – 1,7 trilyon rubl arasında vəsait xərcləndiyini açıqlayıb.

RİA Novosti xəbər verir ki, astronavtların Aya enməsi 2030-cu ilə planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, super ağır raketin yaradılması üçün 0,8 trilyon rubl həcmində vəsait tələb olunur.

Bloşenko əlavə edib ki, “Angara-A5V” raketinin hidrogen versiyasının “büdcə” variantı da nəzərdən keçirilib.

Həmçinin “Roskosmos” heyvanları aya göndərmək üçün yeni nəsil “Return-MKA-L” kosmik gəmisinin hazırlanmasını sifariş edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər