15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Roskosmos”un müşaviri NATO-ya məlumat ötürürmüş – həbs edildi

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi başlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, 20 il müddətinə həbs oluna bilər.

Qeyd olunub ki, Federal Təhlükəsizlik Xidməti onu NATO-ya məlumat ötürməkdə ittiham edir.

Kəşfiyyatın bildirdiyinə görə Safronov dövlət sirri olan (hərbi əməkdaşlıq, müdafiə və təhlükəsizlik məsələləri – Red) məlumatları toplayaraq Şimali Atlantika Alyansının nümayəndəsinə ötürüb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər