28 C
Baku
Saturday, July 27, 2024

“Rosneft” şirkəti Venesuelada fəaliyyətini dayandırdı

Rusiyanın “Rosneft” şirkəti Venesuelada əməliyyatlarını dayandıraraq aktivlərini satmağa başlayıb.

RİA “Novosti” agentliyi xəbər verir ki, sövdələşmə nəticəsində şirkət 9,6% həcmində öz səhm paketinin məbləğini alacaq.

Venesuelada aktivlərin alınması ilə tamamilə Rusiya hökumətinə məxsus şirkət məşğul olur.

Nazirlər Kabineti “Rosneft” şirkətindən aktivlərin alındığı təsdiqlənib.

Şirkətin mətbuat katibi Mixail Leontyev bildirib ki, “Rosneft” səhmdarlar qarşısında öhdəliklərini yerinə yetirib və indi söz verildiyi kimi ABŞ hökuməti tərəfindən törəmə müəssisəyə tətbiq olunan sanksiyanın aradan qaldırılacağına inanır.

Qeyd edək ki, rəsmi Vaşinqton “Rosneft” şirkətindən Venesuelada biznesini dayandırmağı tələb edib. ABŞ şirkətin buradan xarici bazarlara neft tədarük etdiyini iddia edib. ABŞ Energetika Nazirliyi vurğulayıb ki, şirkət konkret, mənalı addımlar atdıqda və Maduro rejimi ilə biznes əlaqələrini dayandırdıqda məhudlaşdırıcı tədbirlər aradan qaldırılacaq

©Report

Son xəbərlər
Digər xəbərlər