28 C
Baku
Saturday, July 27, 2024

“Rosneft”in rəhbəri OPEC üzvlərinin neft hasilatını azaldacağına inanmır

“Neft 1 barrelinin dəyəri 50 dollardan çox olduğu halda, OPEC üzvlərinin hasilatı azaltması inandırıcı görünmür”. “Reuters” agentliyinə istinadən xəbərə görə, bunu “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin Ümumdünya Enerji Konqresində çıxışı zamanı deyib.

“Rosneft” hasilatı azaldacaqmı?” sualına isə şirkət rəhbəri bu cür cavab verib: “Biz bunu niyə etməliyik? Əksinə, biz hasilatımızı artıracağıq”.rosneft in rehberi opec uzvlerinin neft hasilatini azaldacagina inanmir

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin konqresdə çıxışı zamanı qeyd edib ki, Rusiya neftin qiymətinə dəstək vermək üçün hasilatı azaltmağa hazırdır.

APA

Son xəbərlər
Digər xəbərlər