Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın ən böyük neft şirkəti – “Rosneft” 591 milyard rubl (təxminən 9.4 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 15 % azdır.
9 ay ərzində şirkət 77.3 milyon ton neft ixrac edib ki, bu da illik müqayisədə 4.8 % çoxdur.
“Rosneft” Almaniyadakı aktivlərinin müsadirə olunması səbəbindən 56 milyard rubl (təxminən 0.9 milyard ABŞ dolları) zərərə uğradığını bəyan edib.